Yazılar

Yazılar

Tusi: Zəruri varlığın isbatı

Bu kiçik yazımda zəruri varlığı isbat edən arqumentlərdən birini şərh etməyə çalışacağam. İslam fəlsəfəsində zəruri varlığı isbat etmək üçün çoxsaylı fəlsəfi arqumentlərdən söz açılıb. Hər bir arqumentin özünəxas xüsusiyyətləri vardır. Həmin xüsusiyyətlərə görə də arqumentlərin dəyəri dəyişə bilir. Bu zəmində ...
Yazılar

Zaman ötdükcə necə mövcud oluruq?

Hal–hazırda sən müəyyən yaşda olan bir insansan. Yəqin ki, bir vaxtlar indikindən yaşca daha cavan bir insan idin. Bəs nəyə əsasən hal-hazırkı sən və həmin o cavan şəxs eyni və vahid bir şəxs hesab edilir; arasıkəsilmədən eyni və vahid bir ...
Yazılar

Kant: Predikativ varlıq

Varlıq, fəlsəfənin yarandığı tarixdən günümüzə qədər onun ən əsas məsələlərindən olub. Fəlsəfədə nədən danışılmasa, “varlıq”dan söz açılıb. Gündəlik həyatımızda “var”la bağlı yüzlərlə cümlə işlədirik: “mən varam”, “alma  var”, “Allah var”, yaxud “Allah varmı?” və s. Hər dəfəsində əksər cümlələrimizdə peyda ...
Yazılar

Nə üçün yoxluq əvəzinə varlıq var?

Fəlsəfə tarixində Laybnits tərəfindən irəli sürülmüş möhtəşəm bir sual var: “Nə üçün yoxluq əvəzinə varlıq var?” Bu sual insanı düşündürən ən fundamental sualdır: varlıq əvəzinə yoxluq ola bilərdimi? Niyə mütləq yoxluq hökm sürmək əvəzinə məhz elə varlıq hökm sürür? Əgər ...
Yazılar

Edmund Qetierin məqaləsi

Əsaslandırılmış doğru inam bilikdirmi? Kiminsə müəyyən bir propozisiyanı[1] bilməsi üçün gərəkli və yetərli şərtlərin nədən ibarət olduğunu izah etmək məqsədi ilə son illərdə müxtəlif cəhdlər edilib. Bu cəhdləri çox vaxt aşağıdakı oxşar formada ifadə etmək olar:[2] a) S P-ni bilir; əgər ...
Yazılar

Başqa zehinlərin əleyhinə arqument

Biz insanlar öz gündəlik həyatımızda başqa zehinlərin varlığına inanırıq. Gündəlik həyatda kimsə durub başqa zehinlərin varlığında şəkk etsə, bu bizim üçün gülməli olar. Amma  inam öz-özlüyündə doğru olsa belə, bilik hesab olunmur. İnam o zaman bilik hesab olunur ki, (klassik ...
Yazılar

Su nədir: xüsusiyyət, yoxsa zat?

Su, alma, ağac, daş, insan, pişik və s. bu kimi nəsnələrin (fəlsəfədə bunlara “təbii növlər” deyilir) həqiqəti nədən ibarətdir? Görəsən, onlar sadəcə bir sıra xüsusiyyətlər toplusundan ibarətdir, yoxsa bundan əlavə, həm də konkret bir zata malikdirlər? Fəlsəfədə buna “çılpaq zat” ...
Yazılar

Qəzalinin yuxu arqumenti

Hal-hazırda çox güman ki, oyaq olduğunuzu, yuxuda olmadığınızı, yuxu görmədiyinizi hesab edirsiniz. Bəs yuxu görmədiyinizə haradan əminsiniz? Haradan məlumdur ki, hazırda davamlı olaraq bir yuxunun içində deyilsiniz? Fransız filosofu Rene Dekart özünün “İlk fəlsəfəyə dair düşüncələr”[1] əsərinin başlanğıcında buna bənzər ...
Yazılar

Xarici aləm problemi haqda

“Xarici aləm” problemi nədir? Qısa və konkret şəkildə bu sualı İslam fəlsəfəsi kontekstində aydınlaşdırmaq istəsək, belə ifadə edə bilərik: mənim özümdən başqa da məndən kənarda nəsə və ya nələrsə varmı, yoxsa nə varsa, elə mənim özümdən ibarətdir? Bu o deməkdir ...
Yazılar

Həqiqətin mənaları haqda

Çox olub, məndən “mənə həqiqəti de!” – deyə soruşublar. Xüsusən də həyatı – düşüncələri, inamları ilə bağlı ağır burulğan dönəmi yaşamaqda olan şəxslərdən bu sözü eşidəndə, ürəyimdə demişəm ki, kaş belə bir istəyi gerçəkləşdirə biləcək biri olardı, mən də ondan ...

Contact Us