Daily Archives: 14 May 2021

Yazılar

Başqa zehinlər problemi

Bu yazıda fəlsəfənin əsas qollarından biri hesab olunan “zehin fəlsəfəsi”ndə müzakirə olunan “başqa zehinlər problemi”ni (the problem of other minds) izah etməyə çalışacağam. Biz hamılıqla dünyada tənha olmadığımızı qəbul edirik; bizimlə birgə mövcud olan digər insanlar da var. Bu insanlar ...
Yazılar

Həyatın mənası nədir?

Çağdaş dünyada elm qəti olaraq cəmiyyətin məhsuldar qüvvəsinə çevrilib; elm-texnika insan cəmiyyətinin əsas aparacı mühərriki hesab olunur. Müasir elmin metodologiyası eksperimentaldır və bu metodologiya dünyanın beş qitəsindəki bütün rəsmi təhsil və tədqiqat müəssisələrində öyrənilən və istifadə edilən əsas metodikadır. Çağdaş ...
Yazılar

“Mən” – bədəndən fərqli bir nəsnə kimi

İnsanın, özünün öz bədəni ilə eyni olduğunu düşünməsi yanlışdır. Göstərmək lazımdır ki, “öz” elə özün bədəni deyil; “mən” mənin bədəni deyil. Ən azı, bizdə “şüur sahəsi” kimi ifadə edə biləcəyimiz bir sahə var, belə ki, bu sahə hətta bədənin varlığını ...
Yazılar

Nə üçün idrak beyində baş vermir?

Dərketmə prosesinin harada və necə baş verməsi haqda müxtəlif fikirlər irəli sürülüb. İnsanlar tərəfindən daha çox zənn edilən fikirlərdən biri dərketmə aktının beyində gerçəkləşməsidir. Biz bu kiçik yazıda dərketmənin beyində baş verə bilməyəcəyini isbat edib idrak aktının, ümumiyyətlə, mürəkkəb bir ...
Yazılar

İbn Sina: “Havada asılı insan” arqumenti

1. Giriş Həqiqəti bilmək daim insanın maraq dairəsində ilk sırada gəlir. Həyatı ilə sıx əlaqəli olan nəsnələrin həqiqətini bilmə istəyi durmadan insanı narahat edir; xüsusən də öz həqiqətini bilmə istəyi. Bəzi filosofların haqlı olaraq qeyd etdiyi kimi, “mən kiməm?” – ...
Yazılar

Davamlı yuxu və gerçəklik

Bu yazıda fəlsəfədə müzakirə edilən maraqlı bir skeptik fərziyyədən – davamlı yuxu fərziyyəsindən söz açacağam. İlk öncə gəlin skeptisizim və skeptik fərziyyənin nə olduğuna baxaq, çünki yuxu fərziyyəsini anlamaq üçün buna gərək var. Skeptisizm nədir? Skeptisizmə qısa və konkret şəkildə ...
Yazılar

Azad iradə lehində yeni bir arqument

Bir bölgüdə fəlsəfi sualları iki qrupa ayırmaq olar: təxirəsalınmaz suallar və təxirəsalınan suallar. Təxirəsalınmaz suallar bilavasitə insanın həyat tərzi ilə əlaqəlidir; o suala veriləcək cavabdan asılı olaraq, insanın həyat tərzi köklü şəkildə dəyişir. Amma təxirəsalınan suallar isə belə deyil. Misal ...

Contact Us