Nəşrlər

Tanrı: fəlsəfəsi arqumentlər

Hörmətli oxucumuz, “Aqora Fəlsəfə Akademiyası”nın ilk məhsulunu sizə təqdim edirik:

“Tanrı varmı?” – sualı fəlsəfənin ən fundamental və ən aktual suallarındandır. Bu sual əsrlər boyu filosofları düşündürüb; hər dəfə də onları yeni sübutlar kəşf etməyə sövq edib. Müasir dövrdə də fəlsəfənin Tanrının varlığına dair arqumentlərlə ciddi şəkildə maraqlanan qolu din fəlsəfəsidir. Sözügedən sual ətrafında çoxsaylı və müxtəlif fəlsəfi arqumentlər irəli sürülüb.
Bu kitabda oxucular üçün maraqlı olacağını düşündüyümüz müxtəlif fəlsəfi arqumentləri bir yerə topladıq. Bu arqumentlər məntiqi bir bölgü əsasında dörd əsas hissəyə ayrılıb. Sadədən mürəkkəbə doğru təqdim olunan bu arqumentlər müxtəlif kontingentdən olan oxucuların intellektual səviyyəsinə uyğun seçilib.
Siz bu kitabda ən dərin qatlara varmaq istəyən oxucunu da, ən bəsit ifadələrlə izah axtaran oxucunu da nəzərə alan mükəmməl arqumentlərlə tanış olacaqsınız.
Qarşınızdakı kitab Azərbaycan dilində Tanrının varlığı ilə bağlı qələmə alınan ilk iriməzmunlu fəlsəfi əsərdir.

Kitabı əldə etmək istəyənlər “+994506020404” nömrəli vatsapa yazaraq sifariş verə bilərlər. Ölkəxarici və ölkədaxili çatdırma da var. Yaxın günlərdə bir çox kitab mağazalarına da veriləcək. Hələlik, Nizami metrosunun yuxarısında yerləşən Sultanəli məscidinin yanındakı “Əhli-beyt kitab evi”nə müraciət edə bilərsiniz.
Kitabın səhifə sayı: 400 səh.
Kitabın qiyməti: 14 azn

Contact Us